Ölkə

Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub

4 İyul 2025 11:35
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.

Trend xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

Məlumat üçün bildirək ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.