Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik fonunda Rusiya hakimiyyəti Azərbaycandan spirtli içkilərin idxalını qadağan etməyi nəzərdən keçirir.
Milli.Az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Məlumata əsasən, mümkün qadağa Azərbaycandan gətirilən bütün növ şərab və konyaklara şamil oluna bilər. Bildirilir ki, bu addım siyasi gərginliyə iqtisadi təzyiqlə cavab vermək məqsədi daşıyır.
Qadağa əvvəllər Azərbaycandan idxal olunan bütün növ şərab və konyaklara şamil oluna bilər.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlıların evlərinə keçirdiyi reyd zamanı iki nəfər öldürülüb, bir neçəsi ağır xəsarət alıb. Həlak olanlar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərovlar olub. Hadisədən əvvəl Yekaterinburq məhkəməsi azərbaycanlı diasporunun bir neçə üzvünü həbs etmişdi.
Asya
Milli.Az