Şou-biznes

Donald MakDonald vəfat etdi - FOTO

1 İyul 2025 17:27
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın tanınmış aktyoru, teleaparıcısı və ssenaristi Donald MakDonald 86 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə News.com məlumat yayıb.

Məşhur şoumen ömrünün son günlərini xəstəxanada həkim nəzarəti altında keçirib. Onun ölüm xəbəri sənət yoldaşları tərəfindən dərin hüznlə təsdiqlənib.

Sidneydə anadan olan MakDonald Avstraliya televiziyasının simvolik simalarından biri hesab olunur. O, bir neçə nəslin yaddaşında iz buraxan, məşhur "Play School" uşaq proqramının ilk aparıcılarından biri kimi televiziya tarixinə adını yazdırıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.