Şou-biznes

“Evdə uşağımı zəhərləyən düşmənim ola bilər”

1 İyul 2025 21:40
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Zamiq Hüseynov açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Zamiq "Afaqla 10lar" verilişində qonaq olan sənətçi bayağı mahnıları sərt tənqid edib:

"Azərbaycan dilində oxuyuramsa, o demək deyil ki, Azərbaycan musiqisi ifa edirəm. Götürüb özləri düzəldir, söz yazırlar... Elə ifa edirlər ki, bu da Azərbaycan yolu deyil. Yutubda baxışlar da o deyil. Nə qədər pul buraxırlar ki, hit olsun. Hərdən maşınla gedəndə görürəm yandakı avtomobildən elə mahnı səsi gəlir. Pəncərəni açıb deyirəm ki, özünü zəhərlədin, yanındakı uşağa yazığın gəlsin. Evdə uşağımı zəhərləyən düşmənim ola bilər. Kim bunu edir, deməli bizdən deyil. Uşağımıza hörmət etmir, bizi sevmir. Yaxşı yanaşsa onları zəhərləməz. Nə qədər təhsil alsalar da, bu cür musiqilərlə uşaqlarımızn gələcəyini qura bilməyəcəyik. Diqqətli olun, uşaqlarımıza qarşı bunu etməyək. Xahiş edirəm, qulaqlarımızı korlamayın". (olay)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.