Türkiyə

Bu toyda 6.5 milyon pul yığıldı - 5 min qonaq... - FOTO

1 İyul 2025 18:10
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Van şəhərində geniş müzakirələrə səbəb olan dəbdəbəli toy mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, Bostaniçi Bələdiyyəsinin sədri Halil Cintanın qardaşıoğlu Orhan Cintan tanınmış iş adamı İdris Parlakın qızı Baharla ailə həyatı qurub.

Toy mərasiminə təxminən 5 min qonaq dəvət olunub, menyu üçün 1 ton ət istifadə edilib.

Məclisdə bir sıra tanınmış şəxslər və iş adamları iştirak edib. Xüsusilə diqqət çəkən anlardan biri isə gəlinə qızıl taxma mərasimi olub - bu mərasim 5 saat davam edib və Bahara ümumilikdə 2 kiloqram qızıl taxılıb.

Toyun sonunda 6,5 milyon lirə (təxminən 277 min 500 manat) toplanıb. Masanın üzərindəki pullar 14 nəfər tərəfindən böyük çətinliklə sayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.