Cəmiyyət

Tanınmış kosmetoloq Elnarə Rzayeva da amnistiyaya düşdü

14 Yanvar 2026 14:33
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dr. Elnara" MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Rzayeva cəzadan azad edilib.

Məhkəmənin hökmündə göstərilir ki, tanınmış kosmetoloq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

Məhkəmə ilkin olaraq ona aylıq qazancının 10 faizi həcmində dövlət nəfinə vəsait tutulmaqla islah işləri cəzası təyin edib.

"Konstitusiya və Suverenlik İli" münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı E.Rzayevaya şamil olunub və o, cəzadan tamamilə azad edilib.

Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda "LBC" estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət tərəfindən kosmetoloq Elnarə Rzayevaya qarşı məhkəmə iddiası qaldırılmışdı. İş üzrə Nərimanov Rayon Məhkəməsi E.Rzayeva barəsində ekspertiza da təyin etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.