Türkiyədə İstanbul şəhər Mülki Məhkəməsi həbsdə olan keçmiş İstanbul meri Ekrem İmamoğlunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mənəvi zərərə görə təzminat ödəməli olduğuna dair qərar çıxarıb.
Milli.Az xəbər verir ki, məlumata görə, İstanbul 23-cü Mülki Məhkəməsində keçirilən iclasa tərəflərin vəkilləri qatılıb.
İclasda söz alan iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirdi ki, Ekrem İmamoğlu, sosial şəbəkə paylaşımlarında Prezident Erdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf alıb və qarşı tərəf bunu təkzib edəcək tutarlı dəlillər təqdim etməyib.
Müdafiə tərəfinin vəkili isə iclasın təxirə salınması barədə vəsatət qaldırsa da, həmin vəsatət təmin olunmayıb.
Qərarı elan edən hakim işin qismən qəbul edilməsinə qərar verərək, 150 min lirə mənəvi zərərin hadisə tarixindən etibarən hesablanacaq qanuni faizləri ilə birlikdə Ekrem İmamoğlundan alınaraq Prezident Rəcəb Tayyip Erdoğana verilməsini qət edib.
Milli.Az





