Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Qətərin Məşvərət Məclisi (parlamenti) tərəfindən təşkil olunan tədbir 13-14 yanvar tarixlərində Dohada keçirilir.
Sessiya çərçivəsində gündəmdə olan geniş məsələlər müzakirə olunub.
Müzakirələrdə əsas diqqət IPU-nun mövcud strategiyasının həyata keçirilməsi ilə bağlı vəziyyətin qiymətləndirilməsinə, habelə yeni beşillik strategiyanın ümumi istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilib.
Bundan əlavə, IPU-nun rolunun gücləndirilməsi və onun mexanizmlərinin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra təşkilati və parlamentar məsələlər müzakirə edilib.
Milli.Az





