Azərbaycan nümayəndəsinin iştirakı ilə Dohada Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin 298-ci sessiyası keçirilir - FOTO

14 Yanvar 2026 13:43

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Qətərin Məşvərət Məclisi (parlamenti) tərəfindən təşkil olunan tədbir 13-14 yanvar tarixlərində Dohada keçirilir.

Sessiya çərçivəsində gündəmdə olan geniş məsələlər müzakirə olunub.

Müzakirələrdə əsas diqqət IPU-nun mövcud strategiyasının həyata keçirilməsi ilə bağlı vəziyyətin qiymətləndirilməsinə, habelə yeni beşillik strategiyanın ümumi istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilib.

Bundan əlavə, IPU-nun rolunun gücləndirilməsi və onun mexanizmlərinin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra təşkilati və parlamentar məsələlər müzakirə edilib.

Milli.Az