Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Laçında ata-baba evi müasir şəkildə təmir edilərək keçmiş məcburi köçkün ailəsinə təhvil verilib. Lakin ailə onlara təqdim olunan evlə kifayətlənmir.
Milli.Az xəbər verir ki, bu barədə "Xəzər TV"yə Alıyevlər ailəsi müraciət edib.
Bildirilib ki, onlar 2023-cü ildə Laçına köçürülən ilk ailələrdəndirlər. Laçın şəhəri Həzi Aslanov küçəsi 82 ünvanında yerləşən ev Alıyevlərin mülkiyyəti hesab olunur. Sözügedən ev dövlət vəsaiti hesabına müasir şəkildə təmir edilərək ailəyə təhvil verilib. Yaşayış üçün bütün zəruri şərait yaradılıb. Qeyd edilib ki, lakin ailə təqdim olunan bu imkanlarla kifayətlənmir. Onlar əlavə tələblərlə çıxış edərək işğaldan əvvəl onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsində yerləşən köməkçi tikilinin də özlərinə verilməsini tələb edirlər.
Süjetdə vurğulanıb ki, 2023-cü ilin iyul ayında Laçına köçürülən ilk ailələrdən biri olduqları üçün sevincini gizlətməyən, bunu böyük xoşbəxtlik kimi dəyərləndirən, müsahibələr verərək təşəkkürünü bildirən Qərənfil Alızadə indi fikrini dəyişib. Çəkiliş müddətində onunla danışmaq mümkün olmayıb, əvəzində qardaşı şikayətini dilə gətirib.
Problemlə bağlı Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, həmin tikilinin yaşayış üçün uyğun olmaması barəsində ailə məlumatlandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə qeyd olunub ki, şikayətçi Laçına köçərkən ailə üzvlərinin sayını 5 nəfər kimi göstərib.
H.Aslanov küçəsi 82 ünvanında ona veriləcək evdə isə o, həyat yoldaşı, bacısı Qərənfil Alızadə və iki oğlu ilə birlikdə daimi yaşayacağını təsdiqləyib və başqa etirazları olmayıb.
Daha ətraflı videomaterialda:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





