Kriminal

Xaçmazda qadın qətlə yetirildi - Oğlu saxlanıldı

1 İyul 2025 20:33
Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:33

Xaçmaz rayonunun Qadaşoba kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

APA-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, 43 yaşlı Kifayət Nadir qızı Lətifovanın kəsici alətlə qətlə yetirilməsi ilə bağlı araşdırmalar zamanı onun oğlu, 15 yaşlı E. Lətifov cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Yeniyetmə istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

---------
19:57

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.

Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.