Hakan Çalhanoğlu "od püskürdü": "İnter"in prezidenti və kapitanı cavabını aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çempionlar Liqasının finalında zədə aldıqdan sonra qərara alındı ki, mən klublararası dünya çempionatına gedəcəyəm. Yarışda fiziki cəhətdən oynamaq imkanının olmadığını bilsəm də, mənim üçün komandanın düşərgəsində yer almaq vacib idi".
Milli.Az xəbər verir ki, bu sözləri İtaliyanın "İnter" klubunun üzvü Hakan Çalhanoğlu deyib.
Dünən onun komandası klublararası dünya çempionatının 1/8 finalında sensasiyalı şəkildə "Fluminense"yə məğlub olaraq (0:2) mübarizəni dayandırıb. Bundan sonra "İnter"in prezidenti Cüzeppe Moratta və kapitan Lautaro Martines türk futbolçunu tənqid atəşinə tutub, dolayısı ilə onu bilərəkdən zədələnməkdə, məsuliyyətdən boyun qaçırmaqda günahlandırıblar.
Çalhanoğlunun cavabı yubanmayıb: "ABŞ-da məşq zamanı daha bir zədə aldım. Bax məhz buna görə meydançaya çıxa bilmədim. Başqa səbəb axtarmağa gərək yoxdur. Dünən biz məğlub olduq. Bu, çox ağrılıdır. Mən təkcə futbolçu kimi yox, bu komandaya can yandıran bir insan kimi məyus oldum. Final fitindən sonra bir neçə komanda yoldaşıma zəng vurdum, onlara dəstək oldum. Ancaq bundan sonra deyilən sözlər mənə çox pis təsir göstərdi. Kobud sözlər... O sözlər ki ayırır, birləşdirmir. Bütün karyera ərzində heç vaxt özümə bəraət qazandırmamışam. Həmişə məsuliyyəti öz üzərimə götürmüşəm. Ağrılarım olsa da, oynamışam. Çətin dövrlərdə hamının güvənə biləcəyi şəxsə çevrilmişəm. Meydanda və ondan kənarda ətrafımdakılara hörmət bəsləmişəm. Heç vaxt klubuma xəyanət etməmişəm. Heç vaxt deməmişəm ki, "İnter"də xoşbəxt deyiləm. Mənə cəlbedici təkliflər göndərirdilər, lakin burada qalmağı seçdim. Çünki daşıdığım formanın dəyərini bilirəm. Və bunu əməllərimlə dəfələrlə göstərmişəm".
O, Lautaro Martinesə işarə edərək belə davam edib: "Mənə Türkiyə yığmasında kapitan sarğısını daşımaq şərəfi nail olub. Bilirəm ki, kapitanlıq çətin vaxtlarda barmaqla ona-buna əmr vermək yox, həmişə komandaya dəstək göstərməkdir. Mən futbolu, "İnter"i sevirəm. Görək gələcəkdə necə olacaq. Ancaq tarixdə bərk qışqıranlar deyil, qürurla yerində duranlar qalır". (Offsideplus.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub





