İdman

“Qarabağ”la oyunda tam formada deyildik”

2 İyul 2025 00:21
Baxış: 1 238
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan çempionatının gümüş medallarını qazanan "Zirə"nin futbolçusu Ceyhun Nuriyev "FutbolPress"ə açıqlamasında toplanış və görüşlə bağlı fikirlərini bölüşdü:

"Hazırlığımız qaydasında gedir. Tam komanda ilə intensiv məşqlər edirik. İnşallah, "Hayduk"la oyuna hazır olacağıq. "Qarabağ"la matç toplanışın ilk görüşü idi. Ona görə yaxşı formada deyildik. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Oyunun nəticəsinin bizimçün önəmi yoxdur".

Nuriyev komandanın Konfrans Liqasında "Hayduk"la (Xorvatiya) oyunlarından gözləntilərini bölüşdü:

"Oyunlar üçün hazırlaşırıq. Hazırlığımızdan çox şey asılıdır. Bütün komponentlərdə yaxşı olmalıyıq. Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəyik".

"Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də "Neftçi Arena"da keçirəcək. Cavab görüşü isə 31 iyulda Splitdə olacaq.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.