Cəmiyyət

Qohum evliliyinə qarşı ciddi mübarizə: Azyaşlıların kəbinini kəsən mollalara ağır cəza gəlir!

1 İyul 2025 17:35
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minir. 

Milli.Az xəbər verir ki, bəzi şəxslər rəsmi olmasa da dini nikah, yəni kəsib kəsdirməyə meyillidir. Kəsib mərasimi isə din xadimləri tərəfindən icra edilir. Kəbin isə adətən qanunvericilikdən kənar olsun deyə evlilik yaşına çatmayan şəxslərə kəsilir. Azyaşlılara kəbini isə molla kəsir. 

Qanunvericilik bununla bağlı nə deyir? 

Dəyişikliyə əsasən, din xadimləri də erkən nikahla bağlı məsuliyyətə cəlb oluna bilərlər. Azyaşlıların kəbinini kəsən din xadimləri min manata kimi cərimə olunacaqlar. Hətta belələrini 15 gündən 2 aya kimi həbs cəzası da gözləyir. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.