Mədəniyyət

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub - FOTO

2 May 2025 18:48
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov ilə görüş keçirilib.

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri  MEMİM-in direktor vəzifəsini icra edən, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov açaraq, layihənin gənc istedadların inkişafındakı önəmindən bəhs etmiş, ustad dərsi formatında keçirilən layihənin uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması məqsədilə ötən ilin iyun ayından başlayaraq icra olunduğunu və bu görüşün 30 aprel Beynəlxalq Caz Gününə həsr olunduğunu vurğulayıb.

Bəstəkar, caz pianoçu Salman Qəmbərov caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, caz ifaçılarımızın beynəlxalq arenada uğurları, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb.

Riad Cəbrayılovun moderatoluğu ilə interaktiv formatda keçirilmiş tədbir zamanı Salman Qəmbərovun, Vaqif Mustafazadə adına 2 nömrəli və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəblərinin 4-cü sinif şagirdləri Ömər Həsənli və Mədinə Paşayevanın (müəllim: Gültəkin Məmmədova) ifasında müxtəlif caz kompozisiyaları səslənib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

"Sənətkarın dostu" layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə ötən ilin iyun ayından Bakı ilə yanaşı Gəncə, Ağdaş, Şamaxı, Qax və digər regionlarımızda həyata keçirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.