Dünya

Fransa Baş Prokurorluğu keçmiş Baş nazirin 5 illik həbsini tələb edir

30 Noyabr 2021 08:14
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Baş Prokurorluğu ölkənin keçmiş Baş naziri Fransua Fiyonun 1 il həbs daxil olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milli.Az "Report"a istinadən bildirir ki, prokurorluq Fiyonun 375 min avro məbləğində cərimə edilməsində və 10 il müddətinə səsvermə hüququndan məhrum edilməsində də israrlıdır. Baş Prokurorluq onun həyat yoldaşı Penelopa üçün iki il şərti həbs cəzası, 100 min avro cərimə və 10 il səsvermə hüququnun itirilməsini tələb edib.

Qeyd edək ki, Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Keçmiş Baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş aldığı iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory