Dünya

Türkiyə Şərqi Turizm Ekspres qatarını dekabrın 15-də yenidən işə salır

18 Noyabr 2021 14:58
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqi Turizm Ekspres qatarı dekabrın 15-dən yenidən işə başlayacaq. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu pandemiya səbəbiylə fəaliyyətini dayandıran Şərqi Turizm Ekspresinin dekabrın 15-də yenidən sərnişinlərlə görüşəcəyini açıqlayıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu verdiyi yazılı açıqlamada, Şərqi Turizm Ekspresinin ilk səfərini 29 May 2019-cu ildə etdiyini xatırladıb.

Pandemiya səbəbiylə 2020-ci ilin mart ayının ortalarından uçuşların dayandırıldığını xatırladan Karaismailoğlu, "Ankara ilə Qars arasında ilk Turistik Şərq Ekspresi qatarı 15 dekabr çərşənbə günü Ankaradan, 17 dekabr cümə günü isə Qarsdan yola düşəcək. Ankaradan gələn qatarlar çərşənbə, cümə; Qarsdan isə cümə və bazar günləri yola düşəcək. Həftədə iki qatar qarşılıqlı fəaliyyət göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.