Dünya

Hindistandan Çinə sərt cavab: Qəbul etməyəcəyik!

12 Noyabr 2021 12:58
0 Şərh     Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hindistan torpaqları üzərindəki iddialarını heç vaxt qəbul etməyəcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi deyib.

"Çin illərdir ki, işğal etdiyi ərazilər də daxil olmaqla, sərhəd bölgələrdə qanunsuz tikinti aparmaqdadır. Nə torpaqlarımızın işğalını, nə də Çinin haqsız iddialarını qəbul edirik. Etirazımızı hər zaman diplomatik yollarla bildirməyə davam edəcəyik", - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Çin-Hindistan sərhədində yerləşən Ladakx bölgəsi ixtilaflı ərazi sayılır. Tərəflər arasında müəyyən zamanlarda lokal qarşıdurmalar yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.