Yer üzündə həyatın tam məhv ola biləcəyi tarix AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yer planetində həyatın bir gün sona çatacağı və bütün məməlilərin tamamilə yox olacağı ilə bağlı yeni elmi araşdırma diqqət çəkib. Tədqiqatçılar bu qlobal fəlakətin nə zaman baş tuta biləcəyini ehtimal ediblər.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, əldə olunan nəticələrə görə, Yer kürəsini məhv edəcək hadisə nəhəng asteroid toqquşması deyil. Dinozavrların kütləvi şəkildə yox olmasına səbəb olan 75 faizlik məhvin ssenarisi təkrarlanmayacaq.
Bunun əvəzinə planetimizi yaşanmaz hala gətirəcək "üçqat zərbə" ssenarisi ehtimal olunur. Bu qənaət Nature Geoscience jurnalında dərc edilən, superkompüter modelləşdirilməsi ilə aparılmış araşdırmada yer alıb.
Həyatın sonu yaxın deyil
İqlim dəyişikliyi və ekosistemə dəyən zərərlərə baxmayaraq, Yer hələ bir neçə yüz milyon il təhlükəsiz hesab olunur. Bristol Universitetinin alimləri hesab edir ki, təxminən 250 milyon il sonra üç qaçılmaz faktorun üst-üstə düşməsi nəticəsində məməlilər tamamilə yox olacaq.
Birinci mərhələ: Yeni superkontinent - "Pangea Ultima"
Araşdırmaya görə, planetdə ilk böyük məhvolma dalğası bütün qitələrin birləşərək "Pangea Ultima" adlı nəhəng superkontinent yaratdığı dövrdə başlayacaq. Plitə tektonikasının nəticəsi olan bu proses güclü vulkanik fəallıq, atmosfər tərkibində kimyəvi dəyişikliklər və ekstremal istixana effekti ilə müşayiət olunacaq.
Alimlərin hesablamalarına əsasən, dünyanın orta temperaturu 40-50°C-yə qədər yüksələ bilər. Bu, fosil yanacaqların tam istifadəsi ilə yarana biləcək 12°C-lik artımdan dəfələrlə çoxdur. Belə şəraitdə məməlilərin yaşaması mümkünsüz olacaq.
Tədqiqat müəllifləri bildirir: "CO₂ səviyyəsinin dəyişməsi və superkontinentlərin iqlim təsiri Yeri məməlilər üçün əlverişsiz hala gətirə bilər."
İkinci zərbə: Kəskin soyuma dövrü
Əvvəlki superkontinent dövrlərində olduğu kimi, planet bundan sonra sərt soyuma mərhələsinə daxil ola bilər. Bu ssenari 200 milyon il əvvəl baş vermiş analoji iqlim prosesinə bənzəyir.
Bu soyuma canlılarda işemik nekroz kimi prosesləri gücləndirə bilər. Qan damarlarının ani daralması nəticəsində soyuqdan qorunmağa çalışan məməlilər "mumiyalanmış" vəziyyətdə həyatını itirəcək.
Beləliklə, 50°C-lik ekstremal istidən sağ çıxan növlər belə, donvurma səbəbi ilə məhv olacaq.
Üçqat final: Planet yaşamaq üçün əlverişsiz olacaq
Sürətli istiləşmə və qəfil soyumanın ardıcıl baş verməsi, həmçinin atmosferdə CO₂ səviyyəsinin artması Yer kürəsini tamamilə yaşayışsız bir planetə çevirəcək.
Alimlər hesab edir ki, bu üç prosesin eyni dövrdə baş verməsi bütün məməlilərin və mövcud həyat formalarının tam məhvinə gətirib çıxara bilər.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
XƏBƏR LENTİ
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı





