Dünya

Rusiyada koronavirusdan ölüm halında növbəti antirekord

9 Noyabr 2021 15:06
0 Şərh     Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada son sutka ərzində daha 39 160 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 8 873 655 nəfərə çatıb.

Son sutka ərzində 1211 nəfərin koronavirusdan öldüyü bildirilib. Beləliklə, pandemiya dövründə ölüm halında maksimum göstərici qeydə alınıb.

Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 249 215 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.