Dünya

ABŞ Əfqanıstana yardımı davam etdirir

7 Noyabr 2021 23:47
0 Şərh     Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti Əfqanıstana yardımı Taliban hökuməti deyil, humanitar təşkilatların vasitəsi ilə davam etdirmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ prezidentinin regional təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "CNN" televiziyasına müsahibəsində bildirib.

Sallivan bildirib ki, inklüziv hökumət formalaşmadığı üçün Əfqanıstana birbaşa yardım edilmir: "Hazırda ABŞ Əfqanıstana humanitar yardımla bağlı ən böyük donordur. Təkcə bu il beynəlxalq təşkilatlar və QHT-lər vasitəsi ilə ölkəyə yarım milyard dollar həcmində yardım verilib. Lakin hələlik vəsaiti birbaşa Taliban hakimiyyətinə verə bilmərik".

Ceyk Sallivan həmçinin əlavə edib ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması doğru addım olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.