Dünya

Yunanıstan karantin şərtlərini sərtləşdirir

5 Noyabr 2021 21:40
0 Şərh     Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanda peyvənd olunmayanlara əlavə məhdudiyyətlər tətbiq etmək qərarına gəliblər. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, noyabrın 6-dan etibarən belə vətəndaşlar banklara, əyləncə məkanlarına, bərbərxanalara, sosial müəssisələrə, mağazalara mənfi PCR testi olmadan daxil ola bilməyəcəklər. Ərzaq mağazalarına, apteklərə və dini obyektlərə giriş məhdudiyyətsiz qalır.

Bundan əlavə, özəl və dövlət sektorunda peyvənd olunmamış bütün işçilər öz vəsaitləri hesabına həftədə iki dəfə koronavirus testindən keçməli olacaqlar. Yunanıstanın səhiyyə naziri Thanos Pleuris koronavirusla bağlı tədbirlərə riayət olunmasına nəzarətin gücləndirildiyini və onların pozulmasına görə cərimələrin də artırılacağını açıqlayıb.

Onun sözlərinə görə, reanimasiya şöbələrində yatan xəstələrin 85 faizi koronavirusa qarşı peyvənd olunmayıb. Nazir vurğulayıb ki, peyvəndləmə ağır xəstəlik və ya reanimasiya şöbəsinə yerləşdirilmə riskini 30 dəfə azaldır. Yunanıstanda son sutka ərzində 6,7 min koronavirusa yoluxma halı qeydə alınıb, pandemiya zamanı yoluxma hallarının ümumi sayı 730 mini keçib. Həmçinin son 24 saat ərzində ölkədə COVID-19-dan 59 nəfər ölüb, ümumilikdə 16 050 xəstə həyatını itirib.

Yunanıstan hökumətinin peyvənd olunmamış vətəndaşlara əlavə məhdudiyyətlər elan etməsindən sonra Afinada yüzlərlə həkim və sosial işçi məcburi peyvənd əleyhinə mitinq keçirib. Xüsusilə xəstəxanalarda və sosial müəssisələrdə peyvənd olunmamış işçilər işdən uzaqlaşdırmaqla hədələnir. Tibb üzrə həmkarlar ittifaqları bundan hiddətlənib. Yunanıstanda hazırda yetkin əhalinin 60 faizdən çoxu peyvənd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.