Dünya

Nyu-York meri koronavirusa qarşı peyvəndlənən uşaqlara 100 dollar təklif edib

5 Noyabr 2021 21:35
0 Şərh     Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün "Twitter" səhifəsində yazıb.

"Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir", - deyə Bill de Blazio bildirib.

Bir müddət öncə tibbi tənzimləyicilər FDA və CDC 5-11 yaşlı uşaqları vaksinasiyadan keçirmək üçün "Pfizer" peyvəndinin istifadəsinə icazə verib. Uşaqlar arasında ağırlaşmalar və ölüm hallarına nadir hallarda rast gəlinsə də, COVID-19 infeksiyasına yoluxmaların təxminən dörddə birini azyaşlılar təşkil edir.

Hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.