Dünya

"Əlinin ədaləti" zindanın sirlərini faş etdi

4 Noyabr 2021 12:39
0 Şərh     Baxış: 2 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əlinin ədaləti" haker qrupu Evin zindanının gizli sənədlərini ifşa edib. Belə ki, bu sənədlər zindandakı bəzi siyasi və ideoloji məhbusların vəziyyəti ilə bağlı zindan nəzarətçilərinin yazışmaları ilə bağlıdır.

Əldə olunan sənədlərə əsasən, məhbusların istənilən etirazı, aclıq aksiyası və ya məktublarının dərc olunması "cinayət" addımı kimi qiymətləndirilib.

Sənədlərdə Evin zindanında baş verən bir sıra hadisələr haqqında məlumat yer alır. Həmin yazışmalardan birində "insan haqlarının pozulması və SEPAH-ın təxribatı"na etiraz edən, insan haqları fəalı Arəş Sadeqinin xəstəxanaya aparılmasına icazə verilmədiyi üçün aclıq aksiyasına başladığı qeyd olunur.

Xatırladaq ki, avqustun 22-də adıçəkilən haker qrupu Evin zindanından bəzi videogörüntülər yayıb. Bu görüntülərdə zindan nəzarətçilərinin məhbuslarla necə qəddar və amansızcasına davrandığı, ədalətsizlik etdiyi və onları döyməsi yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.