İdman

Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi - FOTO

9 Sentyabr 2025 00:53
Baxış: 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qalatasarayın 25 yaşlı milli futbolçusu Barış Alper Yılmaz, həm real meydanda, həm də virtual aləmdə məşhurluğunu qoruyub saxlamaqdadır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada böyük populyarlığa sahib futbol oyunu FC 26-da "fiziki güc" kateqoriyasında Yılmaz, 90 fiziki güc xalı ilə dünyanın ən güclü ikinci futbolçusu olub. Siyahının lideri isə 91 xalla isveçli hücumçu Viktor Gyökeresdir.

Qalatasaray formasını geyinən milli oyunçu bu mövsüm indiyədək 2 matçda meydana çıxıb, 3 qol vurub və 2 assistlə yadda qalıb.

Barış Alper Yılmazın həm oyun meydanında, həm də futbol oyunlarında qazandığı bu uğur, türk futbolu üçün qürurverici hadisə kimi dəyərləndirilir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.