Rusiya milli futbol komandasının keçmiş baş məşqçisi Boris Petroviç İqnatyev 85 yaşında vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) Futbol Veteranları Komitəsi məlumat yayıb.
İqnatyev 1996-cı ildən 1998-ci ilə qədər Rusiya millisinə rəhbərlik edib. O, həmçinin bir sıra Rusiya və xarici klublarda, o cümlədən "Torpedo", "Saturn", " Lokomotiv " və Çinin "Şandon Lunen" klublarında çalışıb. Məşqçinin əsas nailiyyətlərindən biri SSRİ gənclər komandasının 1988-ci il Avropa çempionatında qələbə qazanması idi.
Qeyd edək ki, İqnatyevə 2024-cü ilin dekabrında mədəsində xərçəng diaqnozu qoyulmuşdu.
Milli.Az





