"Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl Putinlə bağlı xəbərlər yayılmışdı. İddia olunur ki, Putin orqanlarını yeniləməklə "ölümsüz" olmaq istəyir. Bu açıqlama günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur.
Bəs insan maksimum nə qədər yaşaya bilər?
Milli.Az xəbər verir ki, Edinburq Universitetinin Roslin İnstitutunun immunologiya şöbəsinin müdiri, professor Nil Mabbott BBC-yə açıqlamasında bildirib ki, insan ömrü üçün nəzəri maksimum hədd 120-125 ildir.
Professorun sözlərinə görə, orqan köçürülməsi insan həyatını xeyli uzada bilər, amma heç bir texnologiya ömrü sonsuz edə bilməz. Hazırda böyrək, qaraciyər və ya ürək transplantasiyası milyonlarla insanın həyatını xilas edir. Donor orqanlar düzgün baxılsa, illərlə xidmət edə bilir, amma əməliyyat risklidir və immuniteti zəiflədən dərmanlar insanı infeksiyalara qarşı həssas edir.
Alim qeyd edir ki, gələcəkdə "ideal" orqanlar yaratmaq məqsədilə genetik olaraq modifikasiya olunmuş donuz orqanları və insan kök hüceyrələrindən yetişdirilmiş toxumalar üzərində iş gedir. İlk təcrübələr aparılıb, lakin süni və ya donuz orqanları yalnız qısa müddət üçün işləyib.
Nil Mabbott vurğulayıb ki, hətta orqanları müntəzəm dəyişmək mümkün olsa da, insan bədəni sistematik olaraq qocalacaq. Yaş artdıqca bədən infeksiyalara, travmalara və stresə daha çətin adaptasiya olunur.
"Yeni texnologiyalar uzun və sağlam həyat üçün imkan yaradır, amma "ölümzsüzlük" hələ ki, fantaziya olaraq qalır," - deyə professor əlavə edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
-
9 mərtəbəli binada əməliyyat - Uşaq xilas edildi - (Video)
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü





