Sağlamlıq

Tualetdə telefonla oturmağın fəsadları

9 Sentyabr 2025 06:06
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütəxəssislər tualetdə telefonla uzun müddət vaxt keçirməyin sağlamlıq üçün ciddi fəsadlar yarada biləcəyini bildirirlər.

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, telefonla məşğul olmaq insanın tualetdə lazımi olandan daha çox qalmasına səbəb olur. Bu isə bağırsaqlara təzyiqi artırır və hemorroy (babasil) riskini yüksəldir.

Bundan əlavə, tualetdə istifadə edilən mobil telefonlar gigiyena baxımından da təhlükəlidir. Araşdırmalar göstərir ki, bu mühitdə telefonun üzərinə çoxlu sayda bakteriya və mikroorqanizm keçir. Nəticədə müxtəlif yoluxucu xəstəliklərin yaranma ehtimalı artır.

Mütəxəssislər vətəndaşlara tualetdə telefon istifadə etməkdən çəkinməyi, şəxsi gigiyenaya daha çox diqqət etməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.