Ölkə

Bu şəxslərin təqaüdü artırıldı

9 Sentyabr 2025 12:41
Baxış: 1 101
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən təqaüd artırılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, əvvəllər 75 manat olan təqaüd 100 manat müəyyən edilib.

Artım əməkdar müəllim, əməkdar həkim, əməkdar artist, əməkdar incəsənət xadimi, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi və əməkdar dövlət qulluqçusu fəxri adını daşıyan şəxslərə şamil edilib.

Qeyd edək ki, müvafiq sərəncam Naxçıvan Ali Məclisi sədrinin birinci müavini  Bəxtiyar Məmmədov tərəfindən imzalanıb. Sənəd iyulun 1-dən tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.