Dünya

Nepal prezidenti istefa verdi

9 Sentyabr 2025 16:24
Baxış: 439
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nepal Prezidenti Ramçandra Paudel ölkədəki kütləvi etirazlar aksiyası fonunda istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "India Today" yayıb.

Ondan əvvəl isə ölkənin Baş naziri Şarma Oli istefa vermişdi.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.