Mədəniyyət

Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək

9 Sentyabr 2025 17:12
Baxış: 409
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Hər il xüsusi maraq və təntənə ilə qeyd olunan festival ölkənin bir sıra böyük şəhərlərində konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festivalda həmçinin Dövlət Uşaq Filarmoniyasının iştirakı da nəzərdə tutulub.

Proqramda Uşaq Filarmoniyasının xalq çalğı alətləri orkestri və ansamblı, nəfəsli alətlər ansamblı, həm oğlanlar həm də qızlardan ibarət rəqs kollektivləri, vokal və xor sinifləri, fortepiano və skripka ifaçıları dahi bəstəkarın bir-birindən dəyərli əsərlərini ifa edəcək. 

Festival çərçivəsində nəzərdə tutulan konsert 26 sentyabr 16:00-da başlayacaq.

İnformasiya dəstəyi: Trend, Day.Az, Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.