Şou-biznes

Erbil yeni evləndiyi arvadından 24 saat sonra BOŞANDI - VİDEO - FOTO

9 Sentyabr 2025 17:32
Baxış: 1 215
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə mətbuatında yayılan məlumatlara görə, məşhur şoumen Mehmet Ali Erbil ilə gənc həyat yoldaşı Gülseren Ceylan nikahdan cəmi 24 saat sonra yollarını ayırıblar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanması ilə bağlı iddialar sosial mediada böyük səs-küy yaradıb və mövzu qısa müddətdə trendə çevrilib. Hələlik hər iki tərəfdən rəsmi açıqlama verilməsə də, məsələyə dair müxtəlif şərhlər gündəmdədir.

Xatırladaq ki, Mehmet Ali Erbil bir neçə gün əvvəl özündən 40 yaş kiçik Gülseren Ceylanla Yeniköydəki lüks villasında sadə nikah mərasimi ilə altıncı dəfə ailə qurmuşdu. Mərasimdə məşhur müğənni Serdar Ortaç nikah şahidi olub. Nikahdan dərhal sonra Gülseren Ceylan sosial şəbəkə hesabında soyadını "Erbil" olaraq dəyişmişdi.

Lakin ertəsi gün Ceylanın bəzi paylaşımlarını silməsi, onların arasında gərginlik yarandığına dair şayiələri gücləndirib. Bu səbəbdən "24 saatlıq evlilik" iddiası daha da aktuallaşıb.

Cütlüyün daha əvvəl də dəfələrlə ayrılıb barışdığı, hətta münasibətlərində qalmaqallı böhranlar yaşadığı xatırladılır. İndi isə yayılan yeni iddia, Erbil və Ceylanın münasibətinə dair bütün sualları yenidən gündəmə gətirib.

Hazırda hər kəsin gözlədiyi əsas məsələ odur ki, Mehmet Ali Erbil və ya Gülseren Ceylan bu xəbərləri rəsmi olaraq təsdiqləyəcəkmi, yoxsa bu sadəcə şayiədir?

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.