Rusiyada təyyarə qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, "An-2" model təyyarə Rostov vilayətində qəzaya düşüb. Qəza sentyabrın 9-da səhər saatlarında Morozov fermasının yaxınlığında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, təyyarə kənd təsərrüfatı işlərini yerinə yetirirmiş. AN-2 Morozov fermasının dörd kilometr cənub-şərqində qəzaya uğrayıb.
Qəza nəticəsində pilot dünyasını dəyişib.
Fidan
Milli.Az