Sağlamlıq

Yaponlar niyə qarpızın özünü yox, qabığını yeyirlər?

9 Sentyabr 2025 08:48
Baxış: 1 419
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyada qarpız dünyanın digər yerlərində olduğu kimi ucuz və əlçatan meyvə deyil. Ölkədə qarpız və qovun olduqca bahalı olduğundan, bu meyvələr yalnız xüsusi günlərdə istehlak olunur və bir status simvoluna çevrilib. Orta hesabla bir qarpız yüzlərlə dollara satılır.

Milli.Az xəbər verir ki, buna görə də yaponlar qarpızın özündən çox qabığını yeməyə üstünlük verirlər. Bazarlarda və marketlərdə qarpız qabıqları ayrıca qablaşdırılaraq satılır və bir çox ailə onları gündəlik menyusuna daxil edir.

Qarpız qabıqları insan istehlakı üçün nəzərdə tutulur. Onlar yaxşıca təmizlənir, dilimlənir, duzla bişirilir və ya sirkə ilə marinad edilir. Bu üsulla hazırlanan qarpız qabıqları Yaponiyada sevilən qəlyanaltılardan birinə çevrilib.

Mütəxəssislər qeyd edir ki, qarpız qabığının qida dəyəri meyvənin özündən üstün olmasa da, yüksək qiymətlər səbəbindən bu seçim daha praktik hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.