İran

Pezeşkian: Biz müdafiə olunacağıq

29 Yanvar 2026 22:16
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında deyib.

"İran İnternational"da yayılan məlumatda qeyd olunub ki, Pezeşkian ABŞ-nin danışıqlar təklifinə də münasibət bildirib:

"Əgər Amerika həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır".

Qeyd edək ki, Pezeşkian və Şahbaz Şərif telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafını da müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.