Qızılın qiyməti yenə rekordu təzələdi. Bir günə qızılın qramında azı 10-15 manat fərq yaranıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bazarda türk qızılının qramı 220 - 230 manata, italiya qızılının qramı 300 manata, rus qızılının qramı isə 190 - 195 manata təklif edilir.
Satıcılar deyir ki, 1 ay əvvəl 3000 manata satdıqları qızıl dəstinin qiyməti indi 1500 manat artaraq 4500 manata çatıb.
Görünür artım satıcıları da narahat edir. Belə ki, alıcılıq səviyyəsinin xeyli aşağı düşdüyü deyilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az





