İdman

Keçmiş komandası Qurban Qurbanovu təbrik etdi - FOTO

29 Yanvar 2026 23:34
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Baltika" klubu sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.

"Dünən axşam Azərbaycanın "Qarabağ" komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına keçmiş "Baltika" oyunçusu məşqçilik edir!", - deyə klubun rəsmi paylaşımında bildirilib.

Qeyd edək ki, Qurban Qurbanov 1999-cu ildə "Baltika"nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, "Qarabağ"ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.