İdman

Xabi Alonso ən yaxşı məşqçi seçildi

9 Sentyabr 2025 10:50
Baxış: 444
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"LALIGA EA SPORTS"da avqust ayının ən yaxşı məşqçisi adına "Real Madrid"in baş məşqçisi Xabi Alonso layiq görülüb.

Milli.Az xəbər verir ki, Madrid klubu mövsümə möhtəşəm start verib. "Kral klubu" ardıcıl üç qələbə qazanaraq 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xabi Alonso "LALIGA"da "Real Madrid"in baş məşqçisi kimi debütündə uğurla çıxış edib. İlk turda CA "Osasuna" üzərində 1:0 hesablı qələbə qazanan "ağ-qaralar" daha sonra "Real Ovyedo"nu 3:0, "Malyorka"nı isə 2:1 hesabı ilə məğlub edib.

Tolosa əsilli çalışdırıcı son səsvermədə "Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde və "Espanyol"u çalışdıran Manolo Qonzalesi geridə qoyaraq ayın məşqçisi seçilib. Bu, Alonsonun "LALIGA EA SPORTS"da ilk fərdi mükafatı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.