Dünya

Moskva aeroportlarında çox sayda reys ləğv olunub

1 Noyabr 2021 23:30
0 Şərh     Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Vnukovo" hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.

"Domodedovo"da 4 reys gecikib, 12 reys ləğv olunub. "Şeremetyevo" hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.