Dünya

Daha bir ölkədə beş yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

30 Oktyabr 2021 17:36
0 Şərh     Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malayziya hökuməti 5 yaşından 12 yaşa qədər uşaqların koronavirusa qarşı peyvəndlənməsinə başlamaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun üçün ölkə "Pfizer-BioNTech" vaksinin partiyasını alacaq.

Bu barədə ölkənin səhiyyə naziri Xairi Camaluddin bildirib.

Camaluddin qeyd edib ki, uşaqların peyvənd edilməsi üçün digər peyvəndlər, xüsusən də Çin dərmanı olan "Sinovac" da nəzərdə tutulur.

Sentyabrın 20-də Malayziya 12 yaşından yuxarı şəxslərin peyvənd kampaniyasına başlayıb. Yeniyetmələrə "Pfizer-BioNTech" və "Sinovac" peyvəndləri vurulur.

Camaluddin qeyd edib ki, yeniyetmələrin 62%-i bu günə qədər tam peyvənd olunub, 82%-i isə ilk dozanı vurdurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.