Dünya

Yunanıstan ölkə daxilində səyahət məhdudiyyətlərini sərtləşdirib

22 Sentyabr 2021 21:15
0 Şərh     Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanda koronavirus əleyhinə tədbirlər sentyabrın 27-dək uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeniliklərə görə, bütün ictimai nəqliyyat növləri ilə ölkə daxilində səyahət etmək üçün turistlərdən ya COVID-19 əleyhinə peyvənd sertifikatı, ya da səfərdən ən azı 72 saat əvvəl edilən PCR testinin mənfi nəticələrini və ya 48 saatdan gec olmayaraq edilən ekspress test təqdim etmələri tələb olunur. İaşə müəssisələrinə daxil olmaq üçün əvvəllər tətbiq olunan tələblərin dəyişmədiyi qeyd olunur. Buraya yalnız peyvənd olunmuş və xəstəliyi keçirən vətəndaşlar daxil ola bilər. Eyni zamanda, PCR və ya ekspress testin mənfi nəticələri ilə qapalı məkanlara, muzeylərə daxil olmağa icazə verilir. Bütün ziyarətçilərin açıq havada olan muzeylərə daxil olmalarına icazə verilir.

Sentyabrın əvvəlində Yunanıstan hökuməti koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirib və yerli sakinlər və səyahət edənlər üçün yeni məhdudiyyətlər tətbiq edib. Beləliklə, sentyabrın 13-dən başlayaraq 2022-ci il martın 31-dək əcnəbilər və Yunanıstan vətəndaşlarının stadion və əyləncə mərkəzlərini ziyarət etməsi, peyvənd sənədi və ya son altı ayda xəstəliyi keçirməsi haqqında arayış təqdim etmədən mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.