Dünya

Qonşu dövlətdə koronavirusun “Eta” ştammı yayıldı

21 Sentyabr 2021 19:18
1 Şərh     Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda koronavirusun "Eta" (Nigeriya) ştammı yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, ölkədə həmçinin koronavirusun "Delta" (Hindistan), "Alpha" (Britaniya), "Uhan" variantları da yayılıb.

"Eta" ştammı 2020-ci ilin dekabr ayında ortaya çıxıb. Bu varianta ilk yoluxma Nigeriya və Britaniyada müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının 15 sentyabr 2021-ci il tarixinə olan məlumatına görə, "Eta" ştammı dünyanın 77 ölkəsində qeydə alınıb.

Onun əlamətləri "Alpha" və "Beta" (Cənubi Afrika) suşları ilə eynidir: yüksək hərarət, öskürək, qoxu və dad itkisi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.