Dağıstanın paytaxtı Mahaçqalada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Bildirilir ki, Mahaçqalada bir məktəbdə yuxarı sinif şagirdləri naməlum qaz püskürdüblər. Nəticədə, 19 şagird xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün reanimasiyada olduğu bildirilir.
Qeyd olunur ki, ümumilikdə 24 nəfər zərər çəkib. Onlar arasında 2, 5, 9, 10-cu sinif şagirdləri, həmçinin bir müəllim var.
İlkin məlumatlara görə, insident 9-cu sinif şagirdləri tərəfindən törədilib və havaya püskürdülən bibər qazı olub.
Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Milli.Az