Dünya

Bu həftə İspaniyada yeni tədris ili pandemiya şəraitində başlayır

6 Sentyabr 2021 22:20
0 Şərh     Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu həftə bütün İspaniyada yeni tədris ili pandemiya şəraitində Pandemiya şəraitində başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Səhiyyə Nazirliyinin sentyabrın 3-nə olan məlumatına görə, 12-19 yaş arası yeniyetmələrin 74 faizinə koronavirus əleyhinə vaksinin birinci dozası vurulub, 39,4 faizi isə tam vaksinləmə sxemindən keçib. Pedaqoqların 100 faizi tam immunlaşdırılıb.

Bu tədris ilində sanitar qaydaları keçən ildəki kimi olacaq: 6 yaşdan yuxarı şagirdlərdə məcburi maska taxılması və 1,5 metr sosial məsafəyə riayət olunma.

Ənənəyə görə, İspaniyada regiondan və tədris müəssisəsindən asılı olaraq tədris ili sentyabrın ilk həftələrində - ayın 4-dən 18-dək başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.