Dünya

"Taliban" Pəncşiri tam ələ keçirdi - VİDEO - FOTO

6 Sentyabr 2021 09:10
0 Şərh     Baxış: 2 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatı Əfqanıstanın Pəncşir vadisinə nəzarəti tam ələ keçirdi.

Milli.Az bildirir ki, bunu "Taliban"ın rəsmi yetkilisi Zəbiulla Mücahid Twitter akkauntunda bəyan edib.

O yazıb: "Muzdlu düşmənlərin son istinadgahı olan Pəncşiri tam ələ keçirdik. Ölkədə təhlükəsizliyin tam təminatına yönəlmiş son səylər nəticə verdi. Pəncşir vilayəti hazırda İslam Əmirliyinin tam nəzarətindədir".

Onun sözlərinə görə, Əhməd Məsudun adamlarının bəziləri məğlub olub, bəziləri qaçıb.

Z.Mücahidin sözlərinə görə, Pəncşir sakinlərinə qarşı heç bir cəza tətbiq edilməyəcək: "Onlar yaşamlarını olduğu kimi davam etdirəcəklər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.