Maraqlı

26 illik evlilik qaz üstündə dağıldı

29 Oktyabr 2025 08:41
Baxış: 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Diyarbakır şəhərində 26 illik bir ailə təbii qazla bağlı yaranan mübahisə səbəbilə dağılıb. Qadın, həyat yoldaşının evdən çıxarkən təbii qazı bağlamaması və uşaqlara cib xərcliyi verməməsi kimi səbəblərlə məhkəməyə müraciət edib. İş uzun müddət davam etsə də, məhkəmə qadını haqlı hesab edib.

Milli.Az xəbər verir ki, Diyarbakırda yaşayan cütlüyün iki övladı olub. Ata, övladları universitet yaşına çatdıqdan sonra onlara qarşı laqeyd davranıb, nə maddi, nə də mənəvi dəstək göstərib. Zamanla ailə ilə ünsiyyəti tamamilə kəsən kişi, bir müddət sonra evi tərk edib və evin təbii qazını da kəsdirib.

Bu hadisə ailə içindəki gərginliyi son həddə çatdırıb və boşanma qərarının əsas səbəbi məhz bu hərəkət olub.

Diyarbakır 1-ci Ailə Məhkəməsində 4 il davam edən məhkəmə prosesində şahidlərin ifadələri və uşaqların açıqlamaları əsas götürülüb.

Nəticədə məhkəmə qadını haqlı sayaraq, ona:

  • 3000 manat maddi təzminat,
  • 3000 manat mənəvi təzminat,
  • həmçinin tədbir və yoxsulluq müavinəti ödənilməsinə qərar verib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.