Hadisə

Biləsuvarda quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı

29 Oktyabr 2025 10:25
Baxış: 489
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvarda quzunun xəstələnməsinə görə həyat yoldaşı ilə mübahisə edən kişi onu döyərək xəsarət yetirib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Məlumata görə, kişi 3 avqust 2025-ci ildə işdən sonra dostları ilə yeyib-içdikdən sonra evə qayıdıb. Evdə onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənən şəxs, spirtli içkinin təsiri altında həyat yoldaşını buna görə günahlandırıb.

O, qadına illərlə heyvan saxladığını, amma bir quzunu düzgün qayğı ilə təmin edə bilmədiyini irad tutaraq mübahisə yaradıb. Mübahisə zamanı kişi arvadına hücum edərək onun başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Daha sonra sakitləşib və yatmağa gedib.

Səhəri gün peşman olan kişi bağışlanma istəsə də, qadın hadisəni gizlətməyərək Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edib.

Biləsuvar Rayon Məhkəməsinin qərarına əsasən, həmin şəxsə 360 saat ictimai işlər cəzası verilib./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.