Dünya

“ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir”

2 Sentyabr 2021 22:03
0 Şərh     Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirib:

"Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah olaraq istifadə etməsi kifayət qədər proqnozlaşdırılabilən və kədərli nəticələrə yola aça bilər.

Bu nəticələr Ukrayna üçün də keçərli olacaq. Bəzi nəticələr ortadadır. Bunların arasında Ukraynanın milli maraqlarını itirməsi, dövlətin funksionallığını itirməsi, dövlətin maraqları və funksiyalarının yerinə ABŞ-ın maraq və funksiyalarının keçməsi, tarixi kimliyin itirilməsi var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.