Dünya

Yüksək mutasiyaya malik COVID-19 ştamı aşkarlandı

31 Avqust 2021 12:44
1 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gəlmiş bir kişidə koronavirusun yüksək mutasiya səviyyəsinə malik COVID-19 (C.1.2) ştamının aşkarlanması faktını təsdiq edib.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə yerli "The New Zealand Herald" nəşri məlumat yayıb.

Məlumata görə, C.1.2 ştamına yoluxmuş şəxs ölkəyə gəldikdən dərhal sonra təcridxanaya yerləşdirilib və bununla da virusun yayılmasının qarşısı alınıb.

Alimlərin fikrincə, C.1.2 ştamı vaksinlərə qarşı daha yüksək dayanıqlılığa malik ola bilər. Ən son araşdırmalara görə, bu virus artıq Konqo Demokratik Respublikası, Çin, Yeni Zelandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.