Dünya

Roma Papası Fransisk Əfqanıstan üçün dua etməyə çağırdı

29 Avqust 2021 16:00
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və xristianları dua etməyə çağırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə xarici KİV-lər xəbər verir.

"Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izləyirəm. Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.

Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.